Ölkə rəhbərlərinin iş otaqları - FOTOLAR
![]()
Müxtəlif ölkə başçılarının iş otaqları çoxlarımıza maraqlı gələ bilər
azinfo.tv 10 ölkə başçısının işlədiyi otaqları təqdim edir:
Rusiya![]()
Rusiya prezidenti iqamətgahın iş bölməsində çalışır. Kabinet çox da böyük deyil və divarlara palıd panellər vurulub.
ABŞ![]()
ABŞ prezidenti iş tağı kimi Oval kabineti seçib. Adətən, prezident oval formada olan kabineti xalqa televiziya vasitəsilə müraciət edərkən və xarici dövlət başçıları ilə görüşərkən seçir. Oval kabinetin 3 böyük pəncərəsi və 4 qapısı var. Otağın cənub hissəsində prezidentin stolu, şimal hissəsində isə kamin var.
Ukrayna![]()
Ukrayna prezidentinin 3 iş otağı var. Buraya kabinet, köməkçinin qəbul otağı və görüşlər üçün nəzərdə tutulmuş otaq daxildir.
Almaniya![]()
Almaniya kansleri Angela Merkelin iş otağı çox sadə görünür. Onun çox da bahalı olmayan stolunun üzərində telefon, monitor, lampa və qlobus var.
Nigeriya![]()
Nigeriya prezidenti Məhəmməd Buxari inauqurasiyadan sonra işlərini evinin kabinetində aparır.
İran![]()
İran prezidenti də minimalizmə üstünlük verir. Çünki stolun üstündə kompüter və yazı avadanlıqları var.
Argentina![]()
Argentina prezidenti Kristina Krişenrin iş stolu kitablarla aşıb-daşır.
Türkmənistan![]()
Türkmənistan prezidentinin stolunda isə bir dənə də olsun kağıza rast gəlmək olmur. O, daha çox kompüterlərə bel bağlayır. Bəlkə də, elə ona görə də, onun stolunun üstündə bu qədər noutbuk var.
Yunanıstan![]()
Yunanıstan baş naziri Aleksis Çiprasın iş otağı daha çox kitabxanaya oxşayır.
Vyetnam![]()
Ən minimal prezident otağı görünür ki, Vyetnamın prezidentinə aiddir. Stolun üstündə telefondan başqa heç nə görünmür.