ABŞ onun başına 5 milyon dollar mükafat qoydu

15-12-2022, 11:03 132 dəfə baxılıb

ABŞ onun başına 5 milyon dollar mükafat qoydu


ABŞ Yəməndəki “Əl-Qaidə” terror təşkilatının liderlərindən biri olan Əbu Əymən əl-Misri kimi tanınan İsam əl-Bənna haqqında məlumat verənlərə mükafat vəd edib.

“Star” qəzeti xəbər verir ki, bu barədə ABŞ-ın Yəməndəki səfirliyinin tviter hesabında paylaşım edilib.

Açıqlamada Əbu Əymən kimi tanınan terrorçu haqqında məlumat verənə 5 milyon dollar mükafat veriləcəyi bildirilib.

Qeyd edək ki, Əl-Qaidə Yəməndə vaxtaşırı terror aktları təşkil edir. ABŞ həmçinin Yəməndə Əl-Qaidə ünsürlərinin yerləşdiyini iddia etdiyi nöqtələrə PUA-larla zərbələr endirir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR