ABŞ-da daşqın: körpülər, yollar dağıldı, reyslər ləğv olundu

11-07-2023, 09:00 38 dəfə baxılıb

ABŞ-da daşqın: körpülər, yollar dağıldı, reyslər ləğv olundu


ABŞ-ın şimal-şərq regionu dağıdıcı daşqınların təsirinə məruz qalıb.

Axar.az xəbər verir ki, Nyu York, Pensilvaniya, Nyu-Cersi ştatlarına düşən yağıntının miqdarı aylıq normaya bərabər olub. Bir neçə bölgədə fövqəladə vəziyyət elan edilib.

Hudzon çayının məcrasından çıxdığı, azı bir nəfərin öldüyü, bir neçə nəfərin isə itkin düşdüyü bildirilir. Körpülər dağılıb, magistral yollar su altında qalıb, 1500-dən çox aviareys ləğv edilib. Hakimiyyət orqanları yerli sakinləri hündür yerlərə çıxmağa çağırıb.

İnfrastrukturun dağılması səbəbindən xilasedicilər hələ də bəzi yaşayış məntəqələrinə gedib çıxa bilmirlər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR