İsrail və Yunanıstandan Türkiyəyə İŞİD — İttihamı

27-01-2016, 10:20 518 dəfə baxılıb

İsrail və Yunanıstandan Türkiyəyə İŞİD — İttihamı














İsrailin və Yunanlıstanın müdafiə nazirləri Türkiyəni İŞİD-dən neft almaqda ittiham ediblər

Bu barədə Reuters məlumat yayıb.

Onlar bu cür bəyanatla Afinada aparılan danışıqların yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış ediblər.

İsrailin müdafiə naziri Moşe Yaalon Ankaranı islamçıları birbaşa maliyyələşdirməkdə ittiham edib: “Hamıya məlumdur ki, İŞİD Türkiyəyə neft satmaqla ondan çoxdan pul alır. Mən ümid edirəm ki, buna son qoyulacaq. Artıq Türkiyə rəhbərliyinin qərar qəbul etməsi üçün vaxt yetişib ki, o özü üçün həhayət müəyyən etsin: terrorizmlə mübarizəyə qoşulacaq ya yox?! Bu məsələdə başqa fikir ola bilməz”.

Bundan başqa, Yaalon bildirib ki, Türkiyə öz ərazisindən terrorçu-mücahidlərin keçməsinə barmaqarası baxır.

Öz növbəsində onun yunan həmkarı Panos Kammenos bildirib ki, Türkiyə İŞİD-in nəzarəti altında olan ərazilərdə hasil olunan nefti almaqla terrorçuları maliyyələşdirir. Kammenos, həmçinin Türkiyəni Avropaya miqrant axınının qarşısını almağa çağırıb.

Xatırladaq ki, ötən il noyabrın 30-da Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Türkiyənin İŞİD-dən neft alması iddiaları doğru çıxsa, prezident postundan istefa verəcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR