77 nəfəri qətlə yetirən terrorist universitetə daxil olub

18-07-2015, 13:05 911 dəfə baxılıb

77 nəfəri qətlə yetirən terrorist universitetə daxil olub
















“Hər bir məhbusun ali təhsil almaq hüququ var”

Norveçli terrorist Anders Breyvik Oslo universitetinin siyasi elmlər fakültəsinə daxil olub.

azinfo.tv xarici KİV-ə istinadən xəbər verir ki, universitetdən verilən məlumata görə, 21 il azadlıqdan məhrum edilən 36 yaşlı Anders kameranı tərk etmədən təhsil alacaq.

Universitet rektoru Ole Petter Ottesen bununla əlaqədar bildirib ki, Norveç həbsxanalarında cəza çəkən məhbusların hamısı abituriyentlər üçün zəruri tələblərə uyğun gəldiyi halda ali təhsil almaq hüququna malikdirlər.

Xəbər verilir ki, terrorist iki il əvvəl də universitetə qəbul olunması ilə bağlı ərizə ilə müraciət etmişdi, lakin o zaman onun bu ixtisasa uyğun olmadığı səbəb göstərilərək müraciətinə imtina cavabı verilmişdi. Qərarın bu dəfə dəyişdirilməsinin səbəbi açıqlanmır.

Breyvik cəzasını Norveçin “İla” həbsxanasında çəkir. 2012-ci ilin avqustunda məhkəmə onu 2011-ci ilin iyul ayında törətdiyi cinayətlərə görə 21 il müddətinə azadlıqdan məhrum etmişdir. Əvvəlcə o, Oslodakı hökumət evinin binası yaxınlığında bomba partladıb. Sonra isə hakim partiyanın Utoyya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına atəş açıb. Onun törətdiyi ikiqat terror nəticəsində 77 nəfər ölüb.

Norveç məhkəməsi Andres Breyvikin anlaqlı olduğunu təsdiq edib və onun 21 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR