Rusiyada azərbaycanlı təcili yardım həkimlərini döydü

4-02-2016, 11:19 687 dəfə baxılıb

Rusiyada azərbaycanlı təcili yardım həkimlərini döydü















Baş verən faktla əlaqədar araşdırma aparılır

Peterburqda “Şöhrət” prospekti, 52-də günboyu işləyən mağazada azərbaycanlı tibbi yardım göstərməyə gələn iki qızı döyüb.

Bu barədə rusiya KİV-i şahidlərin sözlərinə görə məlumat yayıb.

Xəbər verildiyi kimi, hadisə fevral ayının 3-də gündüz saatlarında baş verib. Azərbaycanlı kişi huşunu itirib, onun üçün təcili tibbi yardım çağırılıb. Çağırış üzrə təcili yardım gəlib, briqdanın tərkibində iki qız olub.

İlkin məlumata görə, özünə gələn kişi heç bir səbəb olmadan ona yardım edən təcili tibbi yardım həkimlərini döyüb.

Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları çağırılıb. Bundan sonra daha öncə huşunu itirən kişi və təcili yardım həkimləri xəstəxanaya yerləşdirilib.

Hazırda baş verən fakt üzrə araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR