İranlı nazir barədə həbs qərarı verildi

24-04-2024, 06:02 18 dəfə baxılıb

İranlı nazir barədə həbs qərarı verildi


Argentina məhkəməsi İranın daxili işlər nazirinin həbsinə beynəlxalq order verib.

"Mehr" xəbər verir ki, qurum rəhbəri Əhməd Vahidi 1994-cü ildə Buenos-Ayresdə yəhudi icmasının binasının partladılmasında ittiham olunur. O, 86 nəfərin ölümünə səbəb olan hadisədə əlinin olmasında günahlandırılır.

Vahidi hazırda Pakistandan Şri-Lankaya səfər edən İran nümayəndə heyətinin tərkibindədir.

Qeyd olunur ki, Argentina Pakistan və Şri-Lanka hökumətlərinə iranlı nazirin həbs edilərək onlara təhvil verilməsi xahişi ilə müraciət edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR