"Sağ sektor" Poroşenkoya "Rədd olsun satqınların hakimiyyəti!" dedi - Üçüncü Maydan gəlir (Video)

22-07-2015, 12:54 664 dəfə baxılıb

"Sağ sektor" Poroşenkoya "Rədd olsun satqınların hakimiyyəti!" dedi - Üçüncü Maydan gəlir (Video)


















Ukraynanın radikal-millətçi təşkilatı “Sağ sektor” Kiyevin Müstəqillik meydanına öz tərəfdarlarını yığıb

azinfo.tv xəbər verir ki, son zamanlar mərkəzi hakimiyyətlə üz-üzə gələn “Sağ sektor” artıq silahlı qarşıdurmadan da çəkinmir. Maydanda “Rədd olsun satqınların hakimiyyəti!” şüarı ilə mitinq keçirilib.

Daha əvvəl təşkilatın lideri Dmitri Yaroş demişdi ki, Pyotr Poroşenko istefa verməlidir, çünki o, “öz yerində” oturmayıb. Yaroşun sözlərinə görə, Mukaçevo hadisəsindən sonra “Sağ sektor”a qarşı geniş informasiya müharibəsi aparırlar. Məqsəd təşkilatı məhv etməkdir.

Tələblər arasında Ukrayna DİN başçısı Arsen Avakovun və Zakarpaye DİN rəhbərliyinin istefasıdır.

Son məlumata görə, “Sağ sektor”un siyasi qolu mövcud hakimiyyətə qarşı etimadsızlıq referendumu keçirmək məqsədilə Ukraynanın hər regionunda öz qərargahını yaradacaq.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR