Moskvada evsizlərin 6%-ni azərbaycanlılar təşkil edir

29-04-2016, 10:37 587 dəfə baxılıb

Moskvada evsizlərin 6%-ni azərbaycanlılar təşkil edir















59 faiz digər regionlardan gəlmələrdir

Moskvada 10-12 min evsiz var, onlardan 6 faizi azərbaycanlılardır.

“Moskva” agentliyi xəbər verir ki, bu barədə Moskva şəhər duması yanında siyasi partiyaların ictimai konsultativ müşavirəsinin iclasının gedişatında insan haqları üzrə səlahiyyətli nümayəndə Tatyana Potyaeva bildirib.

Potayevanın sözlərinə görə, şəhər evsizlərinin 14 faizi Moskvanın sabiq sakinləri, 9 faizi isə Moskva vilayətinin sakinləridir.

Daha 59 faizi Rusiyanın digər regionlarından gəlib. Qalan 18 fazi isə xarici vətəndaşlardır, onların arasında çoxluğu Ukrayna (38 faiz), Belarus (30 faiz), Özbəkistan (7 faiz), Azərbaycan (6 faiz), Tacikistan (5 faiz) vətəndaşları təşkil edir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR