Ermənistan parlamentində deputatlar əlbəyaxa oldular - Video

8-07-2025, 07:26 87 dəfə baxılıb

Ermənistan parlamentində deputatlar əlbəyaxa oldular - Video


Ermənistan parlamentində deputatlar arasında növbəti əlbəyaxa dava olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Yerevan Today” nəşri məlumat yayıb.

Bildirilib ki, dava “Hayastan” fraksiyasının deputatı Artur Sarkisyanın toxunulmazlıqdan məhrum edilməsi məsələsi müzakirə olunarkən baş verib.

A. Sarkisyan çıxışından sonra heç bir suala cavab vermək istəməyib. O, vaxt itirmək fikrində olmadığını, parlamentin artıq öz qərarını verdiyini, onu toxunulmazlıqdan məhrum edəcəyini bildirib. Bundan sonra parlamentdə vəziyyət gərginləşib və deputatlar bir-birinə yumruq atmağa başlayıblar.

Həmin görüntüləri təqdim edirik:



Fotoda: Artur Sarkisyan

Ermənistan parlamentində deputatlar əlbəyaxa oldular - Video


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR