Tramp: Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qəbul edəcəyəm

20-09-2025, 06:00 28 dəfə baxılıb

Tramp: Ərdoğanı sentyabrın 25-də Ağ Evdə qəbul edəcəyəm


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 25-də ABŞ-a səfər edəcək.

Bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

“Prezident Rəcəb Tayyib Ərdoğanı sentyabrın 25-də Ağ Evdə salamlamaqdan məmnunam. Mən Prezidentlə çoxsaylı ticarət və hərbi sazişlər üzərində işləyirəm, o cümlədən “Boeing” təyyarələrinin genişmiqyaslı satışı, əhəmiyyətli bir F-16 müqaviləsi və müsbət nəticələndirə biləcəyimiz F-35 danışıqlarının davam etdirilməsi. Prezident Ərdoğanla hər zaman çox yaxşı münasibətim olub. Onu 25-də görməyi səbirsizliklə gözləyirəm!”, - Tramm bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR