“The Wall Street Journal” Uşakov–Uitkoff telefon danışıqlarının sızdırılması ilə bağlı mümkün versiyaları araşdırıb və bir neçə mənbənin fikirlərini açıqlayıb.
ABŞ Prezidenti Donald Tramp administrasiyasından yüksəkvəzifəli bir rəsmiyə görə, söhbətin sızdırılması xarici kəşfiyyat xidmətinin işi ola bilər.
Onun sözlərinə görə, hədəf Uitkoff deyil, Kremlin strateji müşaviri Yuri Uşakov olub. Çünki Uşakovun digər bir telefon danışığı-Kremlin xüsusi elçisi Kirill Dmitriyev ilə söhbəti də dinlənilib və sızdırılıb.
Nəşrin Avropadakı mənbələrindən biri isə daha müəmmalı versiya irəli sürür. Diplomatik mənbə iddia edir ki, sızdırmanı Avropanın bir ölkəsi həyata keçirmiş ola bilər, lakin hansı ölkə olduğu barədə dəqiq məlumatı yoxdur. Lakin o, başqa ehtimalı da istisna etmir- Kremldəki rəqib qruplardan biri də bu işin arxasında dayana bilər.
Mənbə qeyd edir ki, Rusiya daxilində, xüsusilə də Dmitriyevin Kremlin danışıqlarda vasitəçi kimi oynadığı rol ətrafında sərt daxili çəkişmələr və siyasi mübarizə mövcuddur. Buna görə də Uşakovun və Dmitriyevin söhbətlərinin sızdırılması Kremlin daxilindəki qruplar arasında gedən mübarizənin nəticəsi ola bilər.
loading...