Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var

Bu gün, 06:12 11 dəfə baxılıb

Rüsum siyasətindən əl çəkmir: Hədəfdə bu məhsullar var


ABŞ administrasiyası Ali Məhkəmənin Ağ Evin tarif siyasəti ilə bağlı qərarından sonra altı sənaye sektorunda yeni tariflər tətbiq etməyi nəzərdən keçirir.

Məlumatı "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən yayıb.

Bildirilir ki, ABŞ hakimiyyəti digər mallarla yanaşı, yüksək tutumlu batareyalara, çuqun və dəmir fitinqlərə, plastik borulara, sənaye kimyəvi maddələrinə, eləcə də elektrik şəbəkəsi avadanlıqlarına və telekommunikasiya avadanlıqlarına tariflər tətbiq etmək niyyətindədir.

Qeyd olunur ki, Vaşinqton administrasiyası prezidentə geniş tarif səlahiyyətləri verən Ticarət Qanununun 232-ci maddəsini tətbiq edəcək. Ağ Evin aparat rəhbərinin müavini Stiven Millerin ötən həftə qeyd etdiyinə görə, Ali Məhkəmə ABŞ prezidentinin 232-ci maddə də daxil olmaqla, tariflər tətbiq etmək səlahiyyətinə malik olduğunu təsdiqləyib.

Yeni tariflərin elan edilməsi vaxtı barədə hələlik heç bir məlumat verilməyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR