Venesueladan ABŞ-yə 100 milyon dollar həcmində qızıl göndərilib

Bu gün, 05:25 13 dəfə baxılıb

Venesueladan ABŞ-yə 100 milyon dollar həcmində qızıl göndərilib


"ABŞ Venesueladan 100 milyon dollar dəyərində qızıl alıb".

Bunu ABŞ-nin daxili işlər naziri Duqlas Berqam "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, martın 6-da Venesueladan ABŞ-yə sənaye və kommersiya məqsədləri üçün istifadə olunacaq 100 milyon dollarlıq qızıl göndərilib.

Bundan əvvəl "Axios" portalı ABŞ və Venesuela rəhbərliyi arasında ABŞ-yə külçə şəklində bir tona qədər qızıl tədarükü barədə razılaşma əldə olunduğunu yazmışdı. Məlumata görə, Venesuelanın "Minerven" dövlət şirkəti 650-1 000 kiloqram qızılı "Trafiqura" şirkətinə təhvil verməli, həmin şirkət isə külçələri ABŞ-dəki qızıl emalı zavodlarına çatdırmalıdır.(oxu.az)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR