Dünən İsrailin bir neçə şəhərində ardıcıl partlayışlar baş verdiyi bildirilir.
Bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.
Məlumata görə, İran tərəfindən endirilən raket zərbələrindən biri Hayfa şəhərində yerləşən elektrik stansiyasına düşüb. Zərbə nəticəsində obyektdə yanğın baş verdiyi qeyd olunur.
Xatırladaq ki, dünən İran Hərbi Hava Qüvvələri İsrail ərazisində bir sıra hədəflərə zərbələr endirib. Hücumlar zamanı Hayfada yerləşən neft emalı zavodu, qaz emalı müəssisəsi və bir neçə yanacaq anbarı hədəfə alınıb.
loading...