Trampdan ŞOK AÇIQLAMA

Bu gün, 06:15 15 dəfə baxılıb

Trampdan ŞOK AÇIQLAMA


ABŞ prezidenti Donald Tramp ABŞ-nin İranla müharibədə qalib gəldiyini bəyan edib.

Tramp bu barədə tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, “Epik Qəzəb” (ing. Epic Fury) adlanan hərbi əməliyyat uğurla başa çatıb.

“Bu, əla addır - amma yalnız qalib gəldiyiniz halda. Biz isə qalib gəldik. Əslində hər şey artıq ilk saatda bitmişdi. Biz qalib gəldik”, - deyə Tramp bildirib.

ABŞ prezidenti qeyd edib ki, İrana qarşı hərbi əməliyyatın adını da şəxsən özü seçib.

Onun sözlərinə görə, hərbçilər ona təxminən 20 adda variant təqdim ediblər, lakin onların heç biri xoşuna gəlməyib.

“Onlar mənə adların siyahısını verib dedilər: “Cənab, istədiyiniz adı seçə bilərsiniz” Soruşdum: “Nəyin adı?” Dedilər: “İrana hücum əməliyyatının”. Variantlara baxdım, az qala yuxum gəldi. Sonra “Epik Qəzəb” adını gördüm və dedim: “Bax, bu xoşuma gəldi”, – deyə Tramp Kentukki ştatında tərəfdarları qarşısında çıxışı zamanı bildirib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR