RUSİYA ALOV İÇİNDƏ: Strateji zavod VURULDU, dronlar yaşayış binalarına ÇIRPILDI

Bu gün, 06:20 7 dəfə baxılıb

RUSİYA ALOV İÇİNDƏ: Strateji zavod VURULDU, dronlar yaşayış binalarına ÇIRPILDI

Rusiyanın Ufa şəhəri pilotsuz uçuş aparatlarının (PUA) kütləvi hücumuna məruz qalıb, nəticədə neft emalı zavodunda yanğın baş verib və dronlardan biri çoxmərtəbəli yaşayış binasına çırpılıb.

Başqırdıstan rəhbəri Radiy Xabirov öz "Telegram" kanalında hücum barədə məlumat paylaşıb.

Rəsmi açıqlamaya görə, bir neçə pilotsuz uçuş aparatı neft emalı zavodlarına yaxınlaşarkən vurulub, lakin onlardan birinin qalıqları sənaye zonasına düşüb.

"Hazırda müəssisənin ərazisində baş vermiş yanğının söndürülməsi işləri aparılır. Digər bir dron isə Qafuri küçəsindəki yaşayış binasına dəyib", - deyə Xabirov bildirib.

İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Monitorinq kanallarının yaydığı məlumata görə, söhbət "Başneft-Novoyl" zavodundan gedir. Hücumla əlaqədar olaraq Ufa hava limanı Bakı vaxtı ilə saat 04:23-dən etibarən reyslərin qəbulunu və yola salınmasını dayandırıb.

Rusiya Müdafiə Nazirliyi isə ötən gecə ölkə regionları üzərində 147 pilotsuz uçuş aparatının vurulduğu barədə məlumat yayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR