ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb

Bu gün, 05:12 10 dəfə baxılıb

ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb


ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb.

“Bu barədə “USA Today” qəzetinə danışan mənbələr bildiriblər.

Qeyd edilib ki, ABŞ Prezidenti Donald Trampın əmri ilə Kubaya qarşı mümkün hərbi əməliyyat hazırlıqlarına başlanılıb.

Belə ki, ABŞ İranla atəşkəs danışıqlarını davam etdirsə də, eyni zamanda, Kubaya qarşı hazırlıqlarını səssiz şəkildə davam etdirir. Bu addımlar birbaşa Trampın göstərişi ilə atılıb. Bununla belə, həm ABŞ, həm də Kuba rəsmiləri danışıqların hələ nəticə vermədiyini qeyd edirlər.

Qeyd edək ki, Tramp daha əvvəl Ağ Evdə jurnalistlərə açıqlamasında “İranla işimizi bitirdikdən sonra Kubaya yönələcəyik” demişdi.

Kuba Prezidenti Migel Dias-Kanel isə ABŞ-nin mümkün hərbi müdaxiləsinə sərt reaksiya verəcəklərini bildirib.

Əlavə edək ki, ABŞ-nin tətbiq etdiyi sanksiyalar fonunda Kubada enerji böhranı dərinləşməkdə davam edir. Məlumata görə, milli elektrik şəbəkəsinin çökməsi nəticəsində təxminən 10 milyon insan işıqsız qalıb və bu vəziyyət gündəlik həyata ciddi təsir göstərir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR