Türkiyədə ağır qəza: 14 ölü, 26 yaralı

6-06-2016, 10:46 556 dəfə baxılıb

Türkiyədə ağır qəza: 14 ölü, 26 yaralı















Ölənlər arasında altı uşaq var

Türkiyənin cənubunda ekskursiya avtobusu qəzaya uğraması nəticəsində 14 nəfər ölüb, daha 26 nəfər yaralanıb.

Bu barədə “Hürriyet” qəzeti məlumat yazıb.

Hadisə məktəblilərin Osmaniye şəhəri yaxınlığında Karatepe qalasından ekskursiyadan qayıdarkən baş verib.

Xüsusi xidmət orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, sürücü idarəetməni itirib, nəticədə avtobus körpüdən su kanalına düşüb.

İlkin məlumata görə, ölənlər arasında altı uşaq var.

Daha öncə Bolqarıstanda uşaq futbol komandasının olduğu avtobus qəzaya uğramışdı.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR