ABŞ və İran razılaşdı - 18 saatlıq danışıqların DETALLARI

Bu gün, 07:08 5 dəfə baxılıb

ABŞ və İran razılaşdı - 18 saatlıq danışıqların DETALLARI


ABŞ və İran arasında Pakistan və Qətərin vasitəçiliyi ilə aparılan danışıqlar müsbət nəticə verib. Əldə olunan razılıqlar arasında İranın neft ixracına icazə verilməsi məsələsi də var.

Bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi “X” hesabında yazıb.

“Neft və neft-kimya məhsullarının ixracına qoyulan məhdudiyyətlər aradan qaldırıldı, blokada aradan qaldırıldı, dondurulan bəzi aktivlər açıldı və İranın bərpası və inkişafı üçün genişmiqyaslı proqram başladıldı”, - nazir bildirib.

A.Əraqçinin sözlərinə görə, vasitəçilərin işi sayəsində Livanda müharibənin sona çatması istiqamətində əhəmiyyətli irəliləyişlər əldə edilib.

Pakistan və Qətər vasitəçilərinin yayımladığı bəyanatda isə deyilir ki, İsveçrədə keçirilən İran-ABŞ danışıqlarında irəliləyiş əldə edilib və bu, ümidvericidir.

Bəyanatda vurğulanır ki, görüşdəki atmosfer müsbət və konstruktiv idi.

Tərəflər həmçinin Livanda münaqişə vəziyyətlərinin qarşısını almaq üçün bir qrup yaratmaq barədə razılığa gəliblər.

Sənəddə deyilir: “Münaqişənin qarşısının alınması qrupunun yaradılması barədə razılıq əldə edilib. Bu qrupa ABŞ, İran və Livan daxil olacaq. Vasitəçilər bu işə kömək edəcəklər”.

Qrupun məqsədi İsrail ilə Livanın “Hizbullah” qruplaşması arasında döyüşlərə son qoymaq olacaq.

“Bütün məsələlər üzrə texniki danışıqlar həftənin sonuna qədər Bürgenstok kurortunda davam edəcək”, - bəyanatda bildirilib.

Vasitəçilər vurğulayıblar ki, ABŞ və İran arasında yekun razılaşmaya nail olmaq üçün danışıqların konstruktiv atmosferdə davam etməsini təmin etmək üçün əllərindən gələni əsirgəməyəcəklər.

Xatırladaq ki, danışıqlar 18 saat davam edib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR