NATO-nun Baş katibi: “Putin bu halda danışıqlar masasına oturacaq”

Bu gün, 09:08 5 dəfə baxılıb

NATO-nun Baş katibi: “Putin bu halda danışıqlar masasına oturacaq”


“NATO-nun Moskva və Kiyev arasında “gözəl bir gündə” danışıqlara başlamazdan əvvəl yerinə yetirilməli olduğu bir çox vəzifələr var”.

Bunu NATO-nun Baş katibi Marko Rutte “Financial Times”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna müharibədə bəzi uğurlar nümayiş etdirir. M.Rutte bildirib ki, bu məsələni Ağ Evdə ABŞ Prezidenti Donald Trampla müzakirə edib. Birləşmiş Ştatlar lideri söhbət zamanı Kiyevin cəbhədəki uğurlarını etiraf edib.

Bununla belə Baş katib vurğulayıb ki, bu, Moskvanın sülh prosesində güzəştə getməyə hazır olacağı anlamına gəlmir.

“Bizim edə biləcəyimiz iş Ukraynanı bu mübarizədə dəstəkləmək və onun mümkün qədər güclü şəkildə ortaya çıxmasını təmin etməkdir. Ondan sonra Rusiya Prezidenti Vladimir Putin danışıqlara gəlib-gəlməmək barədə qərar verməlidir”, - M.Rutte fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, bir müddət əvvəl “Boulevard Voltaire” qəzeti NATO-nun iyulun 7-8-də Türkiyə paytaxtı Ankarada keçiriləcək sammitinin gündəliyinə Avropa ilə Rusiya arasında birbaşa silahlı münaqişə məsələsinin daxil edilə biləcəyi barədə məlumat yayıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR