Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm

Bu gün, 05:00 5 dəfə baxılıb

Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm


Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istədiyini bildirib.

Bunu Ukrayna Prezidenti jurnalistlərlə onlayn formatda təmasında "Report"un sualını cavablandırarkən NATO sammitində Azərbaycan və Türkiyəyə əməkdaşlığa görə təşəkkür etdiyini xatırladaraq, bunu təkrar etmək istədiyini qeyd edib.

"Azərbaycana təşəkkür etmək istərdim. Türkiyəyə də təşəkkür etmək istərdim. Biz həqiqətən müdafiə sferasında da işləməyə başlamışıq. Gəlin, mümkünsə, detallara varmayaq. Amma hər iki ölkə (Azərbaycan-Türkiyə - red.) ilə əməkdaşlıqda kifayət qədər sürətlə irəliləyirik. Liderlərə və ölkələrə dərin təşəkkür edirəm" – o deyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR