Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"

Bu gün, 06:57 10 dəfə baxılıb

Slovakiya Prezidenti: "İlham Əliyevin təklifi ilə dərhal razılaşdım"


Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevin Şuşada danışıqlar aparmaq təklifi ilə dərhal razılaşdığını bildirib.

Bu barədə Pelleqrini "AnewZ" telekanalına müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycanda artıq bir neçə dəfə olmasına baxmayaraq, Şuşaya ilk dəfə səfər edib:

"Bu, mənim Şuşaya ilk səfərimdir. İdeya (danışıqların Şuşada keçirilməsi - red.) Prezident İlham Əliyevə məxsusdur, o məndən rəsmi qarşılanma mərasiminin və digər bütün əsas tədbirlərin bu dəfə Bakıda deyil, Şuşada keçirilməsinə razı olub-olmayacağımı soruşdu. Və əlbəttə ki, mən dərhal razılaşdım, çünki bu torpağın tarixini bilirəm".

P. Pelleqrini qeyd edib ki, o və bütün nümayəndə heyəti şəhərdə aparılan bərpa işlərinə heyran qalıb:

"Deməliyəm ki, ilk dəqiqədən bütün nümayəndə heyətimiz infrastruktura edilən irimiqyaslı yatırımlara və burada baş verənlərə heyran qalıb".

Xatırladaq ki, Slovakiya Prezidenti 13-15 iyul tarixlərində Azərbaycanda rəsmi səfərdə olub.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR