18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi

Bu gün, 08:16 5 dəfə baxılıb

18 hərbçi ölüb, 624-ü yaralanıb - Statistika yeniləndi


ABŞ-nin İrana qarşı əməliyyatları zamanı yaralanan amerikalı əsgərlərin sayı açıqlanıb.
Ölkə.az xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Ştatların Müharibə Nazirliyi (Pentaqon) ABŞ-İran hərbi qarşıdurması ilə bağlı rəsmi itki statistikasını yeniləyib.

Pentaqonun Müdafiə İtkilərinin Təhlili Sisteminə (DCAS) 140-dan çox yaralı hərbçi əlavə edilib. Bununla yanaşı, iyulun 7-dən etibarən həlak olan və yaralanan hərbçilər üçün “Xarici əməliyyatlar” adlı yeni kateqoriya yaradılıb.

Yenilənmiş məlumatlara əsasən, münaqişənin ilk mərhələsi kimi təqdim olunan və “Operation Epic Fury” (Epik Qəzəb) adlandırılan əməliyyat zamanı 14 ABŞ hərbçisi həlak olub, 400-dən çox hərbçi isə yaralanıb.

Yeni statistikaya əsasən, ABŞ-ın fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlamasından indiyədək ümumilikdə 18 hərbçi həlak olub, 624 hərbçi isə yaralanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR