Zəngəzurla bağlı kritik qərar ərəfəsi – Ermənistan məhkəməsi hərəkətə keçir

Bu gün, 06:00 7 dəfə baxılıb

Zəngəzurla bağlı kritik qərar ərəfəsi – Ermənistan məhkəməsi hərəkətə keçir


Ermənistan Konstitusiya Məhkəməsi sentyabrın 15-dən Zəngəzur layihəsi ilə bağlı çərçivə sazişində nəzərdə tutulan öhdəliklərin ölkə Konstitusiyasına uyğunluğu məsələsinə baxmağa başlayacaq.

Məhkəmə prosesi yazılı qaydada keçiriləcək. İş üzrə məruzəçi Ermənistan Konstitusiya Məhkəməsinin hakimi Edqar Şatiryan təyin edilib.

Konstitusiya Məhkəməsi Zəngəzur layihəsi üzrə çərçivə sazişində Ermənistanın üzərinə götürdüyü öhdəliklərin ölkənin əsas qanununa uyğun olub-olmadığını araşdıracaq.

Məhkəmə baxışının sentyabrın 15-də başlanması nəzərdə tutulur.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR