Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu

Bu gün, 09:49 7 dəfə baxılıb

Tramp zəng etdi - Pentaqonda təcili iclas təyin olundu


Pentaqonda təcili müşavirə keçiriləcək.

Bu barədə “NBC News” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, təcili iclasın keçirilməsi barədə qərar ABŞ Prezidenti Donald Trampın ölkənin müharibə naziri Hit Peqsetin müavini, təchizata görə şəxsən cavabdeh olan Stiven Faynberqə zəng etməsindən sonra qəbul edilib.

“Prezident Trampdan qəzəbli zəng almış hərb nazirliyinin ikinci adamı ABŞ-də sursat çatışmazlığı ilə bağlı məsələləri müzakirə etmək üçün bu gün hərbi və müdafiə satınalmaları üzrə yüksəkrütbəli məmurların təcili iclasını keçirəcək”, - telekanalın məlumatında deyilir.

Qeyd edək ki, daha əvvəl ABŞ mətbuatında Trampın sursat çatışmazlığı ilə bağlı xəbərlərlə əlaqədar Pentaqon rəhbəri Pit Heqsetə narazılığını bildirdiyinə dair yazı dərc olunub. Bildirilib ki, Tramp Heqsetin ABŞ-nin silah ehtiyatları ilə bağlı ona yanlış məlumatlar verdiyi qənaətindədir.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR