Türkiyə mediası kapitanımızın jestindən danışır

7-08-2015, 15:29 848 dəfə baxılıb

Türkiyə mediası kapitanımızın jestindən danışır



























Hüseynovun bu hərəkəti maraqla qarşılanıb

Avropa Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasında “Qəbələ”nin kapitanı Cavid Hüseynovun zəfəri Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vuraraq qeyd etməsi Türkiyə mətbuatında maraqla qarşılanıb.

Türkiyənin nüfuzlu xəbər agentlikləri NTV, Hürriyet, Milliyet, TRTSpor və digərlərində Cavid Hüseynovun jesti haqqında xəbərlər yerləşdirilib.

Məlumatlarda bildirilir ki, təxminən 15 min azarkeşin izlədiyi oyunda Türkiyə və Şimali Kipr Türk Respublikası (KKTC) lehinə şüarlar səslənib. Matçdakı tək qolun sahibi Hüseynov matç sonrasında Türkiyə və Azərbaycan bayraqları ilə stadionda dövrə vurub.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR