Türkiyədə qiyamçıların liderindən ilk etiraf - YENİLƏNİB

19-07-2016, 09:30 577 dəfə baxılıb

Türkiyədə qiyamçıların liderindən ilk etiraf - YENİLƏNİB















General Akın Öztürk məhkəmədə ifadə verib

“Anadolu” agentliyi Türkiyə Hərbi-Hava Qüvvələrinin keçmiş komandanı, general Akın Öztürkün özünü silahlı çevriliş cəhdində günahkar bilməsi ilə bağlı xəbəri saytdan çıxarıb, əvəzində digər xəbər yerləşdirib.

“RİA Novosti” bildirir ki, həmin xəbərdə Öztürkün günahını etiraf etmədiyi deyilir.

“İyulun 15-də baş verən hərbi çevrilişə cəhdi planlaşdıran, nəzarət edən və həyata keçirən şəxs mən deyiləm. Bu işin arxasında kimlərin olduğunu bilmirəm”, - nəşr Öztürkün sözlərini sitat gətirir.

18.07.2016 20:47

Türkiyə Hərbi-Hava Qüvvələrinin sabiq komandanı Akın Öztürk hərbi çevrilişdə iştirakını etiraf edib.

Bu barədə NTV telekanalı xəbər verir.

“Mən çevriliş etmək məqsədilə hərəkət etmişəm”, - deyə A.Öztürk məhkəmədə bildirib.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub.

Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 6 min nəfəri keçib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR