Suriyada aviazərbələr: yüz nəfərə yaxın adam həlak oldu

17-08-2015, 14:20 827 dəfə baxılıb

Suriyada aviazərbələr: yüz nəfərə yaxın adam həlak oldu

















Onların arasında iki qadın və dörd uşaq var

Suiryanın müxalifətin nəzarət etdiyi Duma (Dəməşq ətrafı) şəhərində hökumət aviasiyasının bazara aviahücumu nəticəsində 96 nəfər həlak olub, 240 nəfər yaralanıb. Bu barədə bazar ertəsi Suriyada İnsan haqları üzrə Müşahidə Şurası bildirib.

“Qurbanların sayı 96 nəfərə qədər artıb, onların arasında iki qadın və dörd uşaq var”, - Şuranın məlumatında deyilir.

azinfo.tv “İnterfaks”a istinadən xəbər verir ki, hüquq mühafizəçilərinin sözlərinə görə, yaralılardan çoxu ağır vəziyyətdədir.

Daha öncə bazar günü Dumada baş verən hücumun qurbanlarının sayının 82 nəfər olduğu barədə məlumat verilmişdi.

Şuranın rəhbəri Rami Abdel Rəhman baş verənləri “şüurlu şəkildə həyata keçirilən rəsmi qətl” adlandırıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR