İŞİD 2017-ci ildə açıq müharibəyə başlayacaq

18-08-2015, 15:27 952 dəfə baxılıb

İŞİD 2017-ci ildə açıq müharibəyə başlayacaq

















Pakistanda İŞİD-in kitabını tapdılar

Pakistanda “İslam Dövləti”nə məxsu “İslam xilafətinin, Peyğəmbər xilafətinin kiçik tarixi” adlı tapılmış sənəddə “xilafətin elan edilməsinin beşinci mərhələsi” 2017-ci ildə “açıq müharibə” final mərhələsi ilə müşahidə ediləcəyi yazılıb, Mail Online nəşri bildirib.

Məlumata əsasən bu sənədin əsil olduğunu ABŞ hərbi kəşfiyyatının ehtiyatda olan rəhbəri Maykl Flinn təsdiq edib. Nəşrin Amerika kəşfiyyatında olan digər mənbəyi bildirib ki, “dünya İraqda və Suriyada baş kəsmələrini izlədiyi an, İŞİD Yaxın Şərq və Şimali Afrikada irəliləyir”. Onun sözlərinə görə, İŞİD-in Cənubi Asiyada taktikası sehirbazın hərəkətlərinə bənzəyir, belə ki, növbəti addımı bilmək olmur.

Bundan başqa Pakistanda tapılan İŞİD sənədinə müvafiq olaraq, ekstremistlər Əfqanıstan və Pakistanda terror qruplaşması yaratmağa hazırlaşırlar, bu “dünyanın sonunu” yaxınlaşdırmaq üçün Hindistanda müharibəyə başlamağa görə lazımdır.

Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsəd ölkənin ordusunun qiyamçılara qarşı durmaq üçün yetərincə resursu olmadığını və bu səbbəbdən də bəzi əraziləri təhvil verməli olduqlarını etiraf edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR