ABŞ rəsmən açıqladı-Rusiyaya qarşı sanksiyalar bazar ertəsi qüvvəyə minəcək

25-08-2018, 09:30 447 dəfə baxılıb

ABŞ rəsmən açıqladı-Rusiyaya qarşı sanksiyalar bazar ertəsi qüvvəyə minəcək



Amerika Birləşmiş Ştatları hökumətinin açıqlamasında deyilir ki, Rusiyaya qarşı sanksiyalar qarşıdan gələn bazar ertəsi qüvvəyə minəcək.

Son illər Moskvaya qarşı həyata keçirilən iqtisadi sanksiyalara yeni sanksiyalar keçən ay, Britaniyada rusiyalı casusa qarşı əsəb-sinir qazı ilə hücumdan sonra əlavə edilib. Dövlət Departamenti Rusiyaya xaricdən bəzi silah alış-verişi və maliyyə yardımını ləğv etməyi, eləcə də bu ölkəyə kreditləri dayandırmağı, milli təhlükəsizlik və texnoloji baxımdan həssas malların ixracını qadağan etməyi planlaşdırır.

Son sanksiyaların tətbiqi planları avqustun 8-də Tramp administrasiyası tərəfindən açıqlanıb. Dövlət Departamenti Moskvanın keçmiş rus agenti və onun qızına qarşı mart ayında əsəb-sinir qazından istifadəyə cavab olaraq edildiyini bildirib.

İyun ayında ABŞ Rusiyanın 5 təsisatı və 3 şəxsə qarşı sanksiyalar tətbiq edib. Onlar Rusiyanın kəşfiyyat nazirliyini kiber hücumlar vasitəsi ilə materiallar və texniki dəstəklə təmin etməkdə günahlandırılır. Maliyyə Naziri Stiven Mnuçinin dediyinə görə, sansiyalara məruz qalanlar ABŞ və onun müttəfiqlərinin təhlükəsizliyinə hədə yaradıb. Sanksiyalar qoyulmuş şirkətlərin üçü Rusiyanın kibernetik qüdrətinin artırılmasına və Moskvanın sualtı hərbi qabiliyyətinin gücləndirilməsinə xidmət etməklə Birləşmiş Ştatların və onun müttəfiqlərinin təhlükəsizliyinə hədə yaratmaqda ittiham edilir.

Mnuçin deyib ki sanksiyalanmış vahidlərdən birinə Rusiyanın Federal Təhlükəsizlik Xidməti nəzarət edir və bu müəssisə FTX tərəfindən maddi və texnoloji baxımdan təchiz olunur. ABŞ-ın kəşfiyyat qurumlarının 2017-ci ilin yanvarında gəldiyi nəticəyə görə Moskva 2016-cı il prezident seçkisinə hakerlik və təbliğat vasitəsilə təsir göstərməyə çalışıb.

Buna görə də ABŞ hakimiyyət orqanları Rusiya təhlükəsizlik xidmətlərinə dəstək verməkdə şübhəli bilinən şirkətlərə qarşı cəzalandırıcı tədbirlərə əl atıb.

FTX və Rusiyanın hərbi kəşfiyyatı QRU-nun zabitlərinə də sanksiyalar tətbiq edilib.

ABŞ Maliyyə Nazirliyi iyunun 11-də verdiyi bəyanatla Sankt Peterburqdakı Digital Security şirkətini Rusiyanın kiberhücum qabiliyyətinin artırılmasına xidmətdə ittiham edib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR