Tramp Makkeynin dəfninə buraxılmadı

26-08-2018, 19:36 361 dəfə baxılıb

Tramp Makkeynin dəfninə buraxılmadı


Vəfat edən senator Con Makkeynin ailəsi ABŞ prezidenti Donald Trampısiyasətçinin dəfninə dəvət etməyəcəyini təsdiqləyib.

Makkeyn bir il ərzində dəfn mərasimini özü planlaşdırıb və ailə üzvlərinin sözlərinə görə, Trampın iştirakının əleyhinə olub.

Eyni zamanda mərhumun yaxınları sabiq prezidentlər Barak Obama və Corc Buşdan vida nitqi söyləmələrini xahiş ediblər.

Öz növbəsində Tramp qısa başsağlığı ilə kifayətlənib

"Senator Makkeynin ailəsinə başsağlığı verirəm və ehtiramımı bildirirəm. Qəlblərimiz və dualarımız səninlədir!"

Qeyd edək ki, Makkeyn dəfələrlə Trampı tənqid edib, onun səhiyyə sahəsindəki islahatlarını, həmçinin Rusiya prezidenti Vladimir Putinə rəğbətini pisləyib.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR