Üç sui-qəsd qrupu… - ABŞ-ın keçirdiyi gizli görüşün ŞOK TƏFƏRRÜATLARI

9-09-2018, 11:32 433 dəfə baxılıb

Üç sui-qəsd qrupu… - ABŞ-ın keçirdiyi gizli görüşün ŞOK TƏFƏRRÜATLARI

ABŞ prezidenti Donald Trampın administrasiyasının nümayəndələri Venesuelanın üsyançı hərbçiləri ilə ölkə prezidenti Nikolas Maduronun devirilməsi imkanını gizli müzakirə edirdilər.

Bu haqda "The New York Times” nəşrinə son bir il ərzində məxfi görüşlərdə iştirak edən Venesuela məmurları və hərbçiləri danışıblar.

Qəzetin həmsöhbətləri iddia edirlər ki, venesuelalılar anonim Avropa ölkəsində Amerika səfirliyi vasitəsilə əlaqəni qurublar. Görüşlər 2017-ci ilin payızında başlanıb. Qeyd edilir ki, Venesuela hərbçiləri hələ Trampın sələfi Barak Obama administrasiyası zamanı Amerika hakimiyyəti ilə əlaqəni qurmağa çalışırdılar, amma bu, mümkün olmamışdı.

Hərbçilər ABŞ-dan onlara radioverilişlərin şifrələnməsi üçün avadanlığı verməyi xahiş edirdilər.

Qeyd edilir ki, Venesuela hərbçiləri arasında minimum sui-qəsdçilərin üç qrupu var idi. Nəşrin məlumatına görə, Amerika administrasiyanın nümayəndələri ilə əlaqədə olan Venesuela həbçilərindən biri ABŞ-ın sanksiyalar siyahısına daxildir.

Ağ Evdə nəşrin iddialarını nə təsdiq, nə də təkzib edib, yalnız "demokratiyaya cəhd göstərən” venesuelalılarla dialoqun saxlanılmasının əhəmiyyəti vurğulanıb. Amerika tərəfi əmindir ki, bu, ölkəyə müsbət dəyişiklikləri etməyə imkan verəcək.

Qeyd edək ki, avqustun 5-də parad zamanı Venesuela prezidenti Nikolas Maduroya qarşı sui-qəsd olub./publika.az


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR