“Der Spiegel”:“Vostok-2018” manevrləri ABŞ üçün siqnaldır

12-09-2018, 12:47 323 dəfə baxılıb

“Der Spiegel”:“Vostok-2018” manevrləri ABŞ üçün siqnaldır


Almaniyanın “Der Spiegel” nəşrinin fikrincə, Rusiyanın sentyabrın 11-də başlayan “Vostok-2018” manevrləri, hər şeydən əvvəl ABŞ üçün siqnaldır.

Azərtac xəbər verir ki, bu barədə nəşrin saytında dərc edilmiş məqalədə bəhs olunur. “Əsgərlərin və bir-birinin əlini sıxan liderlərin (RF Prezidenti Vladimir Putin və ÇXR-in sədri Si Cinpin) əks olunduğu kadrlar dünyanı dolaşacaq və bu, hər şeydən öncə ABŞ-a mesajdır”, – şərhdə belə deyilir. Rusiya ilə müqayisədə Çin o qədər nəzərə çarpmasa da, manevrlər “Çinin iştirakı baxımından xüsusən diqqət çəkir”. “Der Spiegel” xatırladır ki, Pekin manevrlərə 3,2 min əsgər, 900 tank və digər zirehli texnika, 30 təyyarə və helikopter göndərib. Ekspertlərin fikrincə, bu, iki ölkənin hərbi əməkdaşlığında yeni səviyyə deməkdir.

Nəşr hesab edir ki, ABŞ ilə Çin arasında ticarət münaqişəsi və Qərbin Rusiyaya qarşı sanksiyaları RF və ÇXR-i yaxınlaşdırıb. Vladimir Putin və Si Cinpin bu il artıq üçüncü dəfə görüşürlər. “Bu, uzun müddət düşmənçilik edən qonşu dövlətlərin tarixində münasibətlərin yaxşı fazasından xəbər verir”, – deyə nəşrdə qeyd olunur.

Sentyabrın 11-dən 17-dək Rusiyanın Uzaq Şərq ərazisində və dəniz akvatoriyasında, həmçinin ona bitişik Sakit okean akvatoriyasında irimiqyaslı “Vostok-2018” manevrləri keçirilir. Orada ümumilikdə 300 min hərbi qulluqçu, mindən çox təyyarə, helikopter və pilotsuz uçuş aparatları, 36 minədək tank, zirehli transportyorlar, 80-dək gəmi və təchizat gəmiləri iştirak edir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR