Polkovnik Qəddafinin haqqı Liviyalıların burnundan gəlir

18-01-2019, 14:42 342 dəfə baxılıb

Polkovnik Qəddafinin haqqı Liviyalıların burnundan gəlir


Liviyanın geoloji kəşfiyyat şirkətləri 1953-cü ildə sahilyanı bölgələrdə içməli suyun əvəzinə istifadə oluna biləcək böyük yeraltı hövzə aşkarlayıb. 1983-cü ildə Liviyada “Böyük çəkilmə çay” yaratmaq ideyası meydana çıxıb və tikinti 1984-də başlanıb. Polkovnik Muəmmar Qəddafi 1984-cü il oktaybrın 3-də Liviyanın susuzluqdan qurtuluşu üzrə içməli suyun nəhəng yeraltı boru şəbəkəsiylə nəqlini ehtiva edən layihənin işə düşdüyünü bildirib. Qəddafi 1984-cü il avqustun 28-də layihənin “ilk daş”ını qoyub.

Yada salmaq gərəkdir ki, liviyalıları susuzluqdan qurtarmağa nəzərdə tutulan bu əhatəli layihəni hərc-mərclik üzündən daim təhlükə gözləyir. “Böyük çəkilmə çay”ın rəhbərliyi ötən ilin sonunda əl-Həsun quyularının güney meydanında stansiya mühəndisləri və texniklərini qorxudan silahlı qrupun nasos stansiyasına hücumu haqda məlumat verib.

“Böyük çəkilmə çay”ın rəhbərliyi əcnəbi mühəndislərin 2018-ci il iyunun 6-da baş vermiş oğurlanmasını yada salaraq işçilərin təhlükəsizlik probleminin ciddiliyini xüsusi qeyd edib. İndiki anda onların taleyi əvvəlki kimi aydın deyil.

Rəhbərlik ölkədəki bütün hərbi qurumlara yenidən müraciət edib ki, su verilməsinin fasiləsizliyi dəstəklənsin və təhlükələr davam edərsə, suyun kəsilməsi fəlakətindən qaçmaq mümkün olsun.



“Böyük çəkilmə çay”ın açılışına sevinən liviyalılar


Bu günlərdə əl-Qaradabiyə bölgəsində “Böyük çəkilmə çay”a yeni hücum baş verib. Hava buraxmaq üçün 120 qapaq oğurlanıb və məhv edilib ki, bu da axıntıya, böyük miqdarda su itkisinə və Sirt və əs-Sədad bölgələrində boru kəmərinin ciddi zədələnməsinə səbəb olub, suyun mərkəzi bölgəyə verilməsi təhdid altındadır.

əl-Qaradabiyə bölgəsində sistemin baş direktoru, mühəndis Muhəmməd əl-Qəvərşə bildirib ki, hücumlar sistemli xarakter daşıyır və qorumanın yoxluğundan baş verir. Bundan başqa, əl-Qəvərşə məlumat verib ki, indiki anda qapaqların təmiri üçün iş aparılır ki, su itkisi dayansın. Liviyalılara yaşayışlarında onsuz da gündəlik baş verənlərə əlavə kimi su qaynaqlarına hücumlar, bunun arxasında duranların təqibi də davam edir.

Ekspertlər hesab edirlər ki, su böhranı Yaxın Şərqdə ən varlı dövlətlərdən biri olmuş, bu gün isə 2011 hadisələrinin xaosundan əziyyət çəkən dövlətin baştutmazlığına ən parlaq örnəklərdən biridir.

Liviyalılar elektrik enerjisinin kəsilməsi və pulun dəyərsizləşməsiylə üzləşirlər ki, bu da neftlə zən gin ölkədə nəzarət və nüfuz uğrunda çarpışan silahlı qrupların toqquşmasıyla ağırlaşır.

Ekspertlər liviyalılar və ərazisinin üçdə ikisi səhra olan ölkədə yaşayış üçün qaçılmaz su fəlakəti proqnozlaşdırırlar.

Su təchizatı və sanitariya üzrə Baş şirkətin hesabatına görə, Liviyanın 95%-i yeraltı sulardan asılıdır, illik su istehlakı isə bir milyard kubmetr dəyərləndirilir.

Tripoli hökuməti yanındakı Su Resursları Nazirliyi təsdiqləyir ki, ölkə 2015-dən su böhranından əziyyət çəkir və əhali artdıqca yalnız ağırlaşacaq.

Habelə məlumat verib ki, yeraltı suların ümumi həcminin 76%-i “Böyük çəkilmə çay” layihəsi çərçivəsində şəhərlərə axır. Təəssüf ki, etinasız davranış, stansiyalara texniki xidmət yoxluğu və silahlı hücumlara görə su boruları infrastrukturu dağılır.

Rami ət-Təlaq

Afrigate (Liviya), 16.01.2019(strateq.az)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR