Türkiyədə yeni cəbhə: İŞİD PKK-ya qarşı – ŞOK HESABAT

18-09-2015, 14:32 791 dəfə baxılıb

Türkiyədə yeni cəbhə: İŞİD PKK-ya qarşı – ŞOK HESABAT

















Türkiyə ərazisində yeni cəbhə açılır. İŞİD terror qruplaşması Türkiyədə PKK-ya qarşı döyüşlərə başlamaq niyyətindədir

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD-in kamikadzeləri diqqət çəkməmək üçün saqqal və bığlarını kəsərək Türkiyəyə daxil olub.
Türkiyənin xüsusi xidmət orqanları onların PKK-ya qarşı terror aktlarını planlaşdırdığını üzə çıxarıb. Kəşfiyyat qurumlarının Daxili İşlər Nazirliyinə təqdim etdiyi hesabatda qeyd edilir ki, İŞİD İraqın Telafer, Tuzhurmatu və Kərkük şəhərlərindən 7 üzvünü Türkiyəyə göndərib. Onların türkmən və ərəb mənşəli olduğu bildirilir.
Hesabatda onlardan 5-i ilə bağlı aşağıdakı məlumatlar verilib:
– Brahim Məhəmməd Selmo: kamikadzedir.
– Çingiz Ruşit Abbas: bir ay əvvəl Türkiyəyə gəlib. 45 yaşındadır və İŞİD-in lider heyətində yer alıb.
– Məhəmməd Hüseyn: 4 gün əvvəl Türkiyəyə gəlib. 45-47 yaşlarındadır və İŞİD-in hərbi qanadında vəzifədədir.
– Teymur Abdurrauf Musa: bir həftə əvvəl Türkiyəyə gəlib. İŞİD-in hərbi qanadında vəzifədədir.
– Elmala Əbu Amar: Suriya vətəndaşıdır. Kamikadze olma ehtimalı yüksəkdir.

Türkiyənin xüsusi xidmət orqanları həmçinin PKK-nın dağ heyətindən 7 terrorçunu İstanbula göndərdiyini və onların Egey bölgəsində terror aktlarını planlaşdırdığını müəyyənləşdirib. Ələ keçməməsi üçün daim yerlərini dəyişdirən terrorçular bir-birindən xəbərsiz terror aktlarını həyata keçirməyi planlaşdırır.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR