Toyuna gələ bilməyən bəy gəlinə qovuşdu – VİDEO

23-09-2015, 14:22 672 dəfə baxılıb

Toyuna gələ bilməyən bəy gəlinə qovuşdu – VİDEO











Ötən həftə öz toyunda iştirak edə bilməyən çavuş Ahmet Karavelioğlu gəlininə qovuşub

25 yaşlı Ahmet Hakkaridə xidmətdə olduğu üçün terror hadisələrinə görə 3 gün baş tutan toyuna gəlib çata bilməmişdi. Həyat yoldaşı Fatma isə toyda onun şəklini bəy stuluna qoyaraq ağlamışdı.
Toydan sonra medianın gündəmində olan cütlüyün xəbəri Silahlı Qüvvələri Baş Qərargahına çatdıqdan sonra Ahmetə xüsusi icazə verilib. Adanaya, ordan da Osmaniyeyə gətirilən çavuşu kəndin girişində həyat yoldaşı Fatma qarşılayıb. Gənc çavuş bəylik kostyumunu geyindikdən sonra evlərinə gedib.
Həyəcanlı olduğunu deyən Ahmet icazə verdikləri üçün komandirlərinə təşəkkür edib: “Əvvəl inanmadım, hər kəs məni axtarırdı. Bir qərar çıxardıqdan sonra “get, toyunu elə” dedilər. Mən də həyat yoldaşıma, ailəmə gəldim”.
Fatma isə hər zaman bu günün xəyalını qurduğunu deyib:
“Ancaq o, gəlməsə də, kədərlənməmişdim. Çünki canının sağ olması yetərlidir. Gəlişi isə sürpriz oldu”.(axsam.az)


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR