“Qapılar bağlı idi” - VİDEO

26-09-2015, 11:25 640 dəfə baxılıb

“Qapılar bağlı idi” - VİDEO

















Çadırların yerləşdiyi ərazidə bütün çıxış qapıları bağlı idi, təkərli stullar devrilmişdi.

Yol ortasında park edilən bir furqon vardı”.

Reaksiya.az xəbər verir ki, bu sözləri yaralı olan Türk hacıları deyib.

Səudiyyə Ərəbistanının Məkkə şəhərindən 5 kilometr uzaqlıqda yerləşən Minada yaşanan izdihamda yaralanan Türk hacıları hazırda müalicə edilirlər.

Nuh Ünal hadisənin bir neçə səbəbi olduğunu deyib. Şeytanı daşlamağa gedərkən izdihamın yaşandığını ifadə edən Ünal daş atdıqdan sonra geri qayıdanda gördüklərini anladıb:

“Qarşıdan gələnlərin sayı çox deyildi. İzdihama yol ortasına qoyulan bir furqon səbəb olub. Böyük şeytanın daşlanan sahəyə 200 metr vardı. Hadisə olanda ianələr, çağırışlar başlayıb. Hadisənin baş verdiyi yol üstündəki çadırların yerləşdiyi bölgələrdəki çıxış qapıları bağlı idi. Bir az hava almaq üçün bu sahələrə yanaşırdıq, amma təhlükəsizlik xidmətinin əməkdaşları bizi qovurdular. Yerə düşənlər vardı. Əlimizə, qolumuza yapışanlar oldu. Özümüzü çətin xilas etdik. Çadırlar bölgəsindəki qapılar açıq olsaydı, bu izdiham olmazdı. Bundan başqa, təkərli stullar də devrilmişdi”.

Xilas olan Hakan Duyar adlı hacı da izdihamın şeytan daşlama sahəsinə 500 metr qalmış meydana gəldiyini bildirib:

“Yan qapılar bağlı idi. Yol ortasında da bir furqon vardı. Təkərli stullar da devrilmişdi. Bunların hamısı izdihama səbəb olub. Kömək istəyənlər vardı, amma canımızı çətin qurtardıq”.

Hacı olandan sonra ilk cümə namazlarını Məscid-i Haramda qılmaq istəyən müsəlmanlar buraya sığmayınca, Məkkənin küçələrini doldurub. Bu zaman çoxlu insan seli yaranıb.

4 Türk ölüb

Minada baş verən izdihamda həyatını itirən Türk hacılarının sayı 4-ə yüksəlib. Türkiyənin Ciddədəki Baş Konsulluğunda çalışan rəsminin verdiyi açıqlamada bu fakt təsdiq edilib.

Vəfat edən 4 Türk vətəndaşının İzmir, Sivas, Samsun və Yozgatdan müqəddəs torpaqlara gəldikləri müəyyənləşib.

Həlak olanların şəxsiyyətləri haqda ictimaiyyətə açıqlama veriləcək.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR