Meksikada gecə klubuna hücumu narkokartel təşkil edib

11-03-2019, 09:47 342 dəfə baxılıb

Meksikada gecə klubuna hücumu narkokartel təşkil edib

Meksikanın Quanaxuato ştatının Salamanka şəhərində "La Playa" gecə klubuna 15 nəfərin ölümü ilə nəticələnən silahlı hücumu "Halisko - Yeni nəsil" narkokarteli təşkil edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə araşdırmanın gedişi ilə tanış mənbələrə istinadən "Milenio" qəzeti bildirib.

Mənbələrin məlumatına görə, Salamanka şəhərindəki gecə klubunda "Halisko - Yeni nəsil"lə düşmənçilik aparan "Santa-Rosa-de-Lima" cinayətkar qruplaşmasının rəhbəri Xose Antonio Yepeso ilə əlaqədə olan bir neçə nəfər olub.

Hücumu təşkil edənlər hadisə yerindən qaçaraq gizlənməyə nazil olublar. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onları axtarır.

Qeyd edək ki, şənbə günü silahlı şəxslər "La Playa" gecə klubuna hücum edib və binada olan insanlara atəş açıb. Şahidlərin sözlərinə görə, hücum zamanı klubda 20-dən çox adam olub. Onlardan 15-i öldürülüb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR