2021-ci ildə dəhşətli aclıq olacaq - XƏBƏRDARLIQ

19-11-2020, 11:31 45 dəfə baxılıb

2021-ci ildə dəhşətli aclıq olacaq - XƏBƏRDARLIQ


Dünya Qida Proqramının (WFP) direktoru David Beasley, gələn il kütləvi aclığın gözlənildiyi barədə xəbərdarlıq edib.

Cebhe.info xəbər verir ki, bu barədə Associated Press (AP) agentliyinə müsahibə verən İcraçı Direktor gələn ilin bu ilə nisbətən daha pis olacağını qeyd edib.

"Dünyada yeni növ koronavirus (COVID-19) pandemiyası ilə məşğul olarkən, bir neçə ay ərzində tədbirlər görülməsə, dəhşətli bir aclıq epidemiyasının astanasında olacıq" - deyə o, müsahibəsində bildirib.

Həmçinin David bu böhrandan qurtulmağın yolunu da açıqlayıb. Belə ki, Beasley dünya liderlərinin 2020-ci ildə pul və stimul paketləri təqdim etdikləri müddətdə bu aclığın qarşısını ala biləcəklərini söyləyib.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR