Düşmənin gizlətdiyi itkilər: - Hər 10 ermənidən azı biri öldürülüb

4-01-2021, 19:49 139 dəfə baxılıb

Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan İrəvan hakimiyyətini Qarabağ müharibəsindəki itkiləri gizlətməkdə ittiham edib.

Azvision.az xəbər verir ki, keçmiş diplomat “Nikolizm”in ideologiya olaraq hər zaman vətənpərvərliyə qarşı çıxdığını söyləyib.
O, həmçinin qeyd edib ki, Ermənistan tərəfdən İkinci Qarabağ müharibəsi zamanı 50 minə yaxın hərbçi, ehtiyatda olan və könüllü döyüşçü iştirak edib. Səlahiyyətli şəxslər tərəfindən qəti şəkildə gizlədilən qurbanların sayı 5 minə yaxındır:

“Bu rəqəmləri düşünün. Müharibənin hər 10-cu iştirakçısı öldürüldü. Qurbanlar, yaralılar, itkin düşənlər və məhkumlar haqqında məlumatları gizlətmək Nikol üçün son dərəcə vacibdir. Bu rəqəmlər onun təqsirinin universal bir ölçüsü idi. Nikolun “fan-klubu”nu unutmayaq, bu insanlar da günahkardırlar".


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR