Bu həyətdə hər gün iki dəfə möcüzə baş verir... - VİDEO

9-08-2015, 14:56 858 dəfə baxılıb

Bu həyətdə hər gün iki dəfə möcüzə baş verir... - VİDEO













Salyan şəhər sakini Məmmədqulu Məmmədov həyətyanı sahəsində 3 ildir ki, qeyri-adi bitki növü becərir

El arasında “azan gülü” adı ilə tanınan və Allahın möcüzəsi kimi qəbul edilən bu bitki azan oxunan vaxtlarda çiçək açır. Belə ki, azan gülünün çiçəyi şam və sübh azanı oxunana yaxın tumurcuq halına gəlir. Azan oxunmağa başlayanda isə anbaan açılır.

Bu çiçəyin üstü gün ərzində xırda tumurcuqlarla dolu olur. Yalnız axşam və sübh saatlarında azan oxunan vaxt isə qönçələr demək olar ki, bir möcüzə kimi açılır.

Virtualaz.org saytının Şirvan bürosunun müxbiri M.Məmmədovun evində olub. Ev sahibi deyir ki, 1 metr boyundakı bitki axşam azanına qədər ot növünü xatırladır, axşam və sübh azanı vaxtı isə bitki canlanır və sarı rəngli, xoş qoxulu çiçək açılır.

15-20 dəqiqə sonra isə bitkinin çiçəyi solub tökülməyə başlayır. Bu möcüzəli bitki adətən may ayından avqust ayının sonlarına qədər çiçək açır və elə bir xüsusi qulluq da tələb etmir.

Azan gülünün açılması, ləçəklərin qönçədən çıxması prosesini foto və videolentə aldıq. Gözümüz önündə anbaan baş verən bu təbiət möcüzəsini təqdim edirik.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR