Xeyirxah qonşuların varsa... - Aqressivliyin, problemlərin azalır...

5-10-2018, 15:56 389 dəfə baxılıb

Xeyirxah qonşuların varsa... - Aqressivliyin, problemlərin azalır...


Min illərdir ki, türk xalqlarının törəsində olan, eləcə də Quran və hədislərdə deyilənləri Amerika alimləri hələ bu gün anlayır...


ABŞ-ın Buffalo Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, hər hansı yaşayış məhəlləsində, binada, küçədə yalnız bircə yaxşı qonşu varsa, o, ətrafdakı əksəriyyəti xeyirxahlığa “yoluxdura” bilər.

Moderator.az-ın xarici mediaya istinadla verdiyi xəbərdə belə deyilir.

Sosioloqların fikrincə, XXI əsrdəki orta sinif nümayəndələri əhalinin zəngin qrup nümayəndələrindən daha çox yoxsullara, tənhalara, əlllərə şəfqət və dəstək göstərir. Amma bu cür qarşılıqlı münasibətlər kasıb qonşularla əlaqələr qurulduqda daha çox özünü biruzə verir.

Tədqiqatçıların sözlərinə görə, qonşular arasında tez-tez şəxsi təmasda olanların 80-90 % -i dostluq münasibətləri qurur. Və daha zəngin, maliyyə cəhətdən sabit dolanışığa malik insanlar daha az maddi qazanc əldə edən insanlara kömək etmək istəyirlər.

65 məhəllə və 3 mindən çox ev təsərrüfatında araşdırma aparmış elm adamları belə nəticəyə gəliblər ki, ətrafda daha xeyirxah və fədakar qonşular nə qədər çoxdursa, yoxsul və kimsəsizlər qəzəb, aqressiya və maliyyə çətinliklərini daha asan dəf edirlər.

P. S. Min illərdir ki, türk xalqlarının törəsində olub icra edilən, eləcə də Quranda, Peyğəmbər(s) hədislərində təbliğ edilən ali insanlıq gerçəklərini Qərb alimləri hələ bu gün anlayıb təsdiqləyirlər...


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR