Bu yay ən isti yay olacaq

9-02-2019, 19:59 393 dəfə baxılıb

Bu yay ən isti yay olacaq

Temperaturun artması həm quruda həm də Dünya okeanında qeydə alınıb

Bu yay tarixdə ən isti yay ola bilər. Son 5 ildə planetdə temperatur 1C və daha çox yüksələ bilər. Bu barədə Britaniyanın Met Office meteo xidməti məlumat yayıb.

Ekspertlər hesab edir ki, 2019-2023- illərdə XIX əsrin iqlim göstəriciləri 1,03-1,57 C yüksələcək.

Qeyd edək ki, 1850-1900 illərlə müqayisədə ilk qlobal istiləşmə 2015-ci ildə qeydə alınıb. Sonrakı illərdə də istiləşmə tendensiyası qorunub saxlanılıb.

Alimlərin fikrincə 2014-2024-cü illər son 150 ilin ən isti onilliyi olacaq.

Xatırladaq ki, Paris razılaşmasına görə, istiləşmənin 1,5 C səviyyədə saxlanılması planlaşdırılır.

Ümumiyyətlə son 22 ilin 20 ili çox isti illəri kimi qəbul edilib. Temperaturun artması həm quruda həm də Dünya okeanında qeydə alınıb.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR