Psixoloqlar xəbərdarlıq edir: Nostalgiya zərərlidir

8-04-2019, 13:45 284 dəfə baxılıb

Psixoloqlar xəbərdarlıq edir: Nostalgiya zərərlidir

ABŞ-dakı Cənubi Kaliforniya Universitetinin psixoloqları bu qənaətə gəlib ki, əvvəllər düşünüldüyü kimi xoş xatirələr təhlükəsiz deyil. Bununla bağlı araşdırmanın nəticələri "Medical Xpress” nəşrində dərc olunub.
Uzun illər elm adamları nostalgiyanın hər şeydən əvvəl müsbət emosiyalar verdiyini, ovqatı yüksəltdiyini hesab edirdi. Mütəxəssislər bir neçə istiqamətdə araşdırma aparmaqla başqa qənaətə gəliblər.

Testdə 230 tələbə iştirak edib. Onlar iki həftə ərzində dostları, tanışları ilə münasibətlər haqda suallara cavab verib, işdə, təhsildə uğurları, problemləri haqda danışıblar. Onlardan təsadüfi hadisələr haqda danışmağı da xahiş ediblər. Eksperiment göstərib ki, nostalgiya insanı gün ərzində bir neçə dəfə, özü də əsasən kədərli anlarda yaxalaya bilər. Nostalji hisslər insanı bürüyəndə könüllülər özünü daha gərgin, qüssəli və tənha hiss etməyə başlayıb. Bundan başqa, onlar həyatdan narazılıq ifadə edir, çox düşünür, özünəqiymətin aşağı düşdüyünü deyir, təəssüf hissi keçirdiyini bildirirdilər. Narahatlıq hətta ertəsi gün də onları tərk etmirdi.

Əlbəttə, nostalgiyanın müəyyən müsbət tərəfləri də aşkar edilib. Amma, adətən, insanın zərərinə işlədiyi qənaəti ortaya çıxıb./


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR