Bakıda həkim məktub yazıb özünü xəstəxanada öldürdü

24-07-2019, 15:58 287 dəfə baxılıb

Bakıda həkim məktub yazıb özünü xəstəxanada öldürdü

Bakıda tibb işçisi özünü xəstəxanada öldürüb.

Elmi-Təqiqat Mamalıq və Ginekologiya İnstitutunda laborant işləyən 32 yaşlı Nazim Fəridov iyulun 19-da damarlarını doğrayıb. Onu ağır vəziyyətdə akademik Mir-Qasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıblar. Həkimlər onun həyatını xilas etsələr də, N.Fəridov özünü öldürməkdə israrlı olub və iyunun 22-də özünü müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsindən atıb. Aldığı xəsarətlərdən dünyasını dəyişib.

N.Fəridov öz evini kirayə verərək qardaşının evində yaşayırmış. İntihar edəndən sonra N.Fəridovun otağınmdan MRT göstəriciləri aşkar ediblər. Məlum olub ki, beynində şiş varmış. Lakin o intihar etməmişdən qabaq məktub yazıb. Məkltubda intihar etməsinə günahkar kimi, Elman adlı həkimin adını yazıb: "O Elman məni bu addıma vadar edib. Özümü bağışlaya bilmirəm...".

Faktla bağlı Yasamal rayon Prokurorluğunda cinayət işi başlanıb. N.Fəridovun dəqiq hansı səbəbdən intihar etməsini istintaq araşdırır.
(criminal.az)


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR