Beyləqanlı məktəbli ağır halda Bakıya gətirildi-DÖYÜLÜB,ÇƏNƏSİ QIRILIB

28-12-2019, 23:22 322 dəfə baxılıb

Beyləqanlı məktəbli ağır halda Bakıya gətirildi-DÖYÜLÜB,ÇƏNƏSİ QIRILIB


Deyəsən Bakı məktəblisi Elinanın faciəsi tez unuduldu.
Məktəblərdə hadisələr baş verir və yerli təhsil şöbələri, məktəb direktorları yenə olayı ört-basdır etməyə çalışırlar.
Azerinfo-tv-yə Beyləqandan verilən xəbərə görə rayondakı məktəblıərdən birinin yuxarı sinif şağirdi ağır halda Bakıya çatdırılıb.
Qeyd edilir ki, 3-4 gün əvvəl rayonun 2-cı Aşıqlı tam orta məktəbində 9-cu sinif şagirdləri əlbəyaxa olub. Məktəbin direktor əvəzi Fazil Əsədov dava edən uşaqlardan birini tənbeh edərək sillə vurub. Sillədən müvazinətini itirən şagirdin başı şkafa dəyib. Nəticədə çənəsi iki yerdən sınıb.
Beyləqan Mərkəzi Xəstəxanası uşağı qəbul etməyib. Onu Bakıdakı hospitallardan birinə çatdırıblar və burada əməliyyat olunub.
Məsələ ilə bağlı jurnalistlərdən birinin sualına cavab verən Fazil Əsədov deyib ki, uşağa o xətər yetirməyib. Əlbəyaxa olduğu həmyaşıdı çənəsini qırıb.
Qeyd edək ki, Təhsil Nazirliyində hadisədən bixəbərdirlər. Yerli təhsil şöbəsinin müdiri Həsən Həşimov hər vəhclə hadisənin ört-basdır edilməsinə çalışıb. Beyləqan Polis Şöbəsində də olay qeydiyyata alınmayıb.
Mövzuya qayıdacağıq. Qarşı tərəf mövqeyini bildirə bilər.


loading...
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR