OLAY: saxlanılan şəxs polis bölməsindən qaçdı

19-05-2020, 12:21 212 dəfə baxılıb

OLAY: saxlanılan şəxs polis bölməsindən qaçdı

Abşeron rayonunda oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, rayon ərazisində çoxsaylı mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, 1984-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Allahyarov polislər əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə aparılıb.

Polis Bölməsinin inzibati binasında R.Allahyarov nəzarətsiz qaldığı üçün pəncərədən həyətə düşərək qaçıb.

Hazırda bölmədən qaçan şəxsin axtarışları davam etdirilir.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR