Bakıda OLAY: - karantin qaydalarını pozan gənc intihara cəhd etdi

1-07-2020, 13:16 123 dəfə baxılıb

Bakıda intihara cəhd hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Səbayel rayonunda qeydə alınıb.

“Sahil” metrostansiyasının yaxınlığında 1991-ci il təvəllüdlü Həsənov Şəhriyar Şahin oğlu COVID-19 pandemiyası ilə əlaqədar qurulmuş postu keçmək istəyərkən polisin “dayan” əmrinə tabe olmayaraq karantin qaydalarını pozub.

Ş.Həsənov məsuliyyətdən yayınmaq üçün çıxış yolunu üzərində gəzdirdiyi kəsici alət olan ülgüclə bədəninə çoxsaylı xəsarətlər yetirməkdə görüb. Yaralı ərazidə xidmət aparan polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona boyun nahiyəsində və qarnın ön divarında çoxsaylı kəsilmiş yaralar aşkarlanıb.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR