Göygöldə həmyerlisini dəmir parçası ilə vuran şəxs saxlanılıb

24-08-2020, 15:00 259 dəfə baxılıb

Göygöldə həmyerlisini vuran şəxs saxlanılıb.

APA-nın yerli bürosunun məlumatına görə, 2000-ci il təvəllüdlü Abbaslı Nazim Araz oğlu ilə 1981-ci il təvəllüdlü Niftəliyev Natiq Nizami oğlu arasında mübahisə yaranıb.

Bu zaman N.Abbaslı dəmir parçası ilə Niftəliyev Natiqin qarnına xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


loading...
OXŞAR XƏBƏRLƏR
FOTO QALERİ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR